"Kişiyə yaraşdırmıram ki, efirdə bu cür danışır. Uşaqlarını sındırırsınız, biabır edirsiniz. Ağzına maska taxıb oturmusan, abırdan, həyadan özünü necə gizlədəcəksən. Uşaqlarının anasıdır, nə olar şantaj edəndə? Danışma, yum ağzını otur, efirə çıxma".
Primetime.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində deyib. Müğənni verilişə gəlib, arvadının ona xəyanət etdiyini və şantajla hədələdiyini söyləyən kişiyə əsəbiləşib. Seyidcahan açıqlamasında qadına şiddəti təbliğ edib:
"Uşaqlarının anası haqda nələr danışırsan? Müdrik olsaydın, ailəni yığardın bir araya. Gedib yoldaşını gizlində döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin. Ondan boşanardın, uşaqlara deyərdin, ananız xəyanət etməyib".
Studiyadakılar Elzaya etiraz edərək, onun qadına şiddəti təbliğ etdiyini bildirib.
Müğənni isə "Qadınları sındırır, şiddətdən betərini edir. Qadın kişini sevirsə, silləsinə dözər. Deyər, bəh-bəh ərimin silləsi dəydi mənə. Arvad kişi tərəfindən döyülər. Qoy, kişilər arvadını vursun. Niyə vurmamalıdır kişilər arvadını" deyərək, sözlərinə davam edib.
Oxu24.com
ŞƏRHLƏR