Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34076
az

Kimə günəbaxan tumlarını yemək olmaz?

00:3929 İyun, 2020
432
CƏMİYYƏT
  • A

Günəbaxan tumları sağlamlıq üçün çox faydalı məhsuldur. Onların tərkibində müxtəlif vitamin və  minerallar, yağlı turşular var.

Lakin tumları qızardılmış deyil, çiy halda yemək lazımıdr. Qızardılmış tumların tərkibində faydalı maddələrin miqdarı kəskin azalır.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər dükanlarda satılan hazır qızardılmış tumları alıb yeməyi tövsiyə etmirlər. Bu tumların tərkibində ürək, böyrəklər, sümük toxumasına mənfi təsir edən kadmiy ola bilər. Mütəxəssislər bazarda açıq şəkildə satılan tumları almağı, onları yaxşı yuyub qurutmağı və yalnız sonra çiy şəkildə (!) yeməyi tövsiyə edirlər. Tumları salat və kəsmiyə də əlavə etmək olar. Gün ərzində 1 ovuc tum yemək olar.

Tumları dişlərinizlə təmizləməyin. Bu diş emalına çox mənfi təsir edir.

Həmçinin bəzi xəstəliklər və pozulmalar zamanı günəbaxan tumlarını yemək olmaz.

Belə ki, mədə-bağırsaq sistemi xəstəlikləri (mədə xorası, qastrit) zamanı günəbaxan tumlarının istehlakı arzuolunmazdır.

Tumların çoxlu miqdarda qəbulu mədə qıcqırmasına səbəb olur.

Tumlar səs tellərinə mənfi təsir edir. Səs tellərinizdə problemlər varsa, tumlardan imtina edin. Müğənnilər, müəllimlər və s. səs tellərindən "alət" kimi istifadə edənlər də günəbaxan tumlarından uzaq durmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib