Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34041
az

ÜST-dən koronavirusla bağlı QƏTİ XƏBƏRDARLIQ: BU, ƏSLA OLMAZ, YOXSA...

15:3928 İyun, 2020
779
REDAKTORUN SEÇİMİ
  • A

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Deksametazon" preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı rəsmi münasibət ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində yer alıb.

Qeyd olunub ki, "Deksametazon" preparatını COVID-19-lu ağır xəstələr üçün istifadə etmək lazımdır.

"Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. "Deksametazon" COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir", - deyə məlumatda bildirilib. 

 
Qeyd edək ki, daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Deksametazon"un xəstəliyin kritik vəziyyətində istifadə edilməməsini bildirib.

O qeyd edib ki, preparatı profilaktik məqsədlə istifadə etmək qətiyyən olmaz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib