Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34035
az

Bu şəxslərin banka olar borcları silinir - SON DƏQİQƏ

14:1728 İyun, 2020
1029
SON DƏQİQƏ
  • A

"COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.

OXU24.COM modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib. Komitə sədri tibb işçilərinə güzəşt və imtiyazların verilməsini də istisna etməyib:

"Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Nazirlər Kabineti onların əmək haqlarını artırıb. Qanunla tibb işçilərinə güzəşt və imtiyazlar verilə bilər. Peşə xəstəliyi və xəsarəti səbəbindən koronavirusla mübarizədə sağlamlığını itirən tibb işçilərinə, polislərə, sosial təminat işçilərinə əlavə sığorta haqları tətbiq oluna bilər. Bunlar emosional təkliflər səsləndirməklə yox, qanunla tənzimlənən məsələlərdir. Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar. Kiminsə bank borcu silinsin, ictimai nəqliyyatdan pulsuz istifadə etsin, kommunal xərclərdən azad olunsun kimi təkliflər çox ola bilər. Hesab edirəm ki, bunların hamısı qanunla tənzimlənməlidir”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Mərkəzi Bank qərar qəbul edib
"Xaqocan" həbs olundu - SON DƏQİQƏ
TƏCİLİ XƏBƏR! Həmin cinayətin üstü açıldı +FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib