Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34009
az

Kardioloqdan XƏBƏRDARLIQ: Kəskin istidən soyuq otağa daxil olsanız...

21:0427 İyun, 2020
619
  • A

Seçenov Universitetinin xəstəxana terapiyası klinikasının direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, kardioloq Yuri Belenkov rütubətin, təzyiqin, maqnetik aktivliyin və temperaturun sürətlə dəyişməsinin sağlamlığa mənfi təsir etdiyini açıqlayıb.

Oxu24.com “kp.ru”ya istinadən xəbər verir ki, akedemikin sözlərinə görə, belə hava şəraitində dərman qəbul edən xəstələr həkim tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidir. Belenkov həmçinin adaptogen preparatların meteohəssas insanlara kömək edəcəyini söyləyib.

“Bunlara Çin limonunu, leuzea kimi bitkiləri və ya melatonini misal göstərmək olar. Melatonin bioloji, sirkadiya ritmlərimizi idarə edən hormondur və bu dəyişikliklərə dözməyə kömək edir”.

Mütəxəssis həmçinin “nəfəs ala bilən” paltar və ayaqqabı geyinməyi məsləhət görüb. O bildirib ki, belə geyimlər orqanizmi istiyə dözümlü edir. Həkim xatırladıb ki, qan laxtalanmasının qarşısını almaq üçün çox miqdarda su içmək lazımdır. Mikronutrient ehtiyatları doldurmaq üçünsə suya həll olunan natrium və maqnezium duzları əlavə edilməlidir.

Daxili və açıq hava temperaturu beş dərəcədən çox fərqlənməməlidir. Kəskin istidən soyuq otağa girmək öskürək və radikulit meydana gətirə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var