Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33600
az

Bakıda klinikada yatan korona xəstəsindən DƏHŞƏTLİ SÖZLƏR: Hər an kimsə ölə bilər

01:2222 İyun, 2020
580
TİBB
  • A

1 saylı Kliniki Mərkəzdəki koronavirus xəstələri müəssisədə dərman və həkim çatışmazlığından şikayət edir.

Oxu24.com  xəbər verir ki, bu barədə sosial şəbəkədə sözügedən xəstəxanada müalicə alan Bəhruz Əliyev paylaşım edib.

O qeyd edib ki, beş gün əvvəl koronavirusa yoluxduğunu öyrənib:

"Artıq beş gündür koronavirusa yoluxmuşam və 1 saylı Kliniki Tibbi Mərkəzin 3-cü korpus, 2-ci mərtəbəsinə yerləşdirilmişəm.

Buranın işçi heyətinin infeksiya şöbəsi ilə əlaqəsi yoxdur. Onların virusdan anlayışları yoxdur. Yenə də çox sağ olsun xadimələr və tibb bacıları, kifayət qədər əziyyət çəkirlər. Beş gündür ki, bu mərkəzə başqa müəssisələrdən həkim cəlb olunmur.

Qızdırma ilə yanaşı boğaz ağrıları da şiddətlənib. Bir dərman da yoxdur içməyə. Ancaq "Parasetamol” verirlər. Bu gün temperaturum yüksəldi, xəstəxanada səs-küy saldıqdan sonra baş həkim reaksiya verdi.

Onun tapşırığı ilə mənə sistem qoşdular. Bu xəstəxanada heç bir həkimin koronavirus infeksiyasından anlayışı yoxdur.

TƏBİB təcili bu məsələyə baxmalıdır. Təcili surətdə bura həkim infeksionistlər göndərilməlidir. Palatalarda hər an kimsə ölə bilər”.
 
oxu.az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb