Acından ölən xərçəng...
09 Sentyabr 2025, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
2670
16.06.2020, 01:32
Erkən boşalma və onun səbəbləri haqqında məqalədə qeyd etmişdik ki, erkən boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür. Hətta erkən boşalma hallarının yarıdan çoxu dərmansız da müalicə oluna bilən hallardır!
Erkən boşalmanın müalicəsinə başlarkən ilk vəzifə onun psixoloji və ya fizioloıji (bədənlə bağlı) səbəbdən olmasını aydınlaşdırmaqdan ibarətdir. Əgər psixoloji səbəbdəndirsə, o zaman dərmanlarla müalicəyə ya ehtiyac olmur, ya da dərmanlarla müalicə ikinci – üçüncü dərəcəli əhəmiyyət kəsb edir.
Erkən boşalmanın müalicəsinə qərar verən kişi ilk növbədə nəyi bilməlidir:
Bu müalcə soyuqdəymənin antibiotiklə qısa müddətli müalicəsinə bənzəməz: tibbdə bundan ötrü infeksiyalar üçün mövcud olan antibiotiklər kimi konkret dərmanlar yoxdur! Döğrudur ki, tibbdə bu məqsədlə bəzi antidepressantlar qrupundan olan dərmanların yan təsirlərindən ara-sıra istifadə olunur. Lakin bunu çoxlarına tətbiq etmək olmur. Digər tərəfdən, bu dərmanlarla müalicə zamanı erkən boşalma aradan qalxsa da, dərman qəbulu dayandırıldıqda erkən boşlma problemi daha da kəskinləşir.
Erkən boşalmanın ən effektli müalicəsi kişinin öz qadını ilə müalicə mövzusunda anlaşdığı hallarda olur! Əksinə, qadın tərəfindən aşkar və ya örtülü şəkildə məzəmmət hədəfi olan kişinin müalicəsi çətin ola bilər.
Kişinin cinsi əlaqə zamanı boşalma müddətini idarə etməyi öyrənməsi velosiped sürməyi öyrənmək kimidir: öyrənənə kimi ora – bura çırpar, lakin bir dəfə öyrəndisə, bir də yıxılmaz!
Psixoloji səbəbdən baş verən erkən boşalmanın müalicəsində ilk vəzifə bu səbəbi dəqiqləşdirməkdən ibarətdir. Bəzən psixoanalitik metodlardan istifadə etməklə qısa müddətdə yaxşı nəticələr əldə etmək olur; yeniyetməlik və gənclik dövrünün seksual arzuları və vərdişləri, həmçinin seksual yuxular və fantaziyaları pasientlə birgə təhlil olunduqda, adətən müalicənin nədən ibarət olacağı dərhal aydınlaşır. Müvafiq müalicə üsulunun tətbiqi ilə bərabər, pasientin səbri, müalicə olunmaq arzusu, iradəsi və bir pasient kimi intizamı müalicəyə tam zəmanət verir.
American Urological Association (AUA Formulary. 2010;45:17-27.) 2010-cu ildə erkən boşalmanın səbəblərini müzakirə edərək qərara gəlmişdir ki, erkən boşalmanın səbəbləri içərisində psixoloji amillərin üstünlüyünün doğru olması ilə yanaşı, dərinləşdirilmiş tədqiqatlar onu göstərir ki, hər bir erkən boşalma probleminin altında bir bədənsal səbəb yatır. Bu səbəblər içərisində prostat vəzinin xəstəliklərinin xüsusi yeri vardır. Erkən boşalmadan əziyyət çəkən kişidə eyni zamanda prostatit aşkar olduğu hallarda , prostatitin uğurlu müalicəsi çox zaman erkən boşalma probleminin də həlli ilə nəticələnir. Eləcə də, bədəndə mövcud olan digər uroloji və ya qeyri xəstəliklərin də erkən boşalmada rolu unudulmamalı, müalicə olunmalıdır.
Bəs pasientlər nə edə bilər? Bu barədə Amerika Uroloqlar Assosiasiyasının bəzi qiymətli tövsiyələrini yada salmağa dəyər:
Stresdən qaçmağa çalışın!
Qapalı yerlərdə yox, açıq havada çox qalın!
Unutmayın: “Mübahisədən qaçmaq – mübahisəni udmağın yeganə yoludur”! (D.Karnegi)
Bu məsələdə özünüzü bəxtsiz adam kimi hiss etməyin: Unutmayın:əksər kişilər haçansa bu problemlə üzləşmiş olur.
Cinsi əlaqəyə tələsməyin.
Həmçinin oxuyun
Saglamlığınızla bağlı hər hansı problem varsa, müalicə olunun.
Sidik cinsiyyət orqanları ilə bağlı nasazlığınız varsa uroloqa baş vurun.
Erkən boşalma ilə bağlı qadınınızla danışmaqdan çəkinməyin.
Qadınınızla başqa bir probleminiz varsa (məişət məsələləri və s.) onu həll edin!
Kişilərdə erkən boşalmanın qarşısını necə almalı?
Son illər uroloji problemlərin, ələlxüsus da kişilər arasında cinsi xəstəliklərin sürətlə artdığı bildirilir. Bunun səbəbləri çoxumuza aydın deyil. Bəs kişilər cinsi xəstəliyə yoluxduqlarını necə öyrənə bilərlər? Androloji müalicə adı altında reklam olunan müalicələr nə dərəcədə əsaslıdır?
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uroloq-androloqu, uzman həkim Vasif İsmayıl bununla bağlı e-tibb.az-ın suallarını cavablandırıb.
Həkim bundan başqa, spirtli içkilərin mənfi və müsbət tərəfləri, xüsusilə gənclərin kabusuna çevrilən erkən boşalma problemi barədə də danışıb.
08:29 / 23 Sentyabr 2025
1
08:00 / 23 Sentyabr 2025
115
07:56 / 23 Sentyabr 2025
170
05:45 / 23 Sentyabr 2025
439
23:56 / 22 Sentyabr 2025
1190
23:25 / 22 Sentyabr 2025
2684
23:08 / 22 Sentyabr 2025
996
22:53 / 22 Sentyabr 2025
290
22:33 / 22 Sentyabr 2025
653
22:28 / 22 Sentyabr 2025
118
22:15 / 22 Sentyabr 2025
140
22:10 / 22 Sentyabr 2025
116
22:00 / 22 Sentyabr 2025
130
21:44 / 22 Sentyabr 2025
152
21:37 / 22 Sentyabr 2025
830
21:33 / 22 Sentyabr 2025
129
21:12 / 22 Sentyabr 2025
106
21:02 / 22 Sentyabr 2025
603
20:56 / 22 Sentyabr 2025
152
20:48 / 22 Sentyabr 2025
171
20:46 / 22 Sentyabr 2025
119
20:38 / 22 Sentyabr 2025
107
20:26 / 22 Sentyabr 2025
147
20:23 / 22 Sentyabr 2025
185
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.