Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33125
az

İlham Əliyev və Mehriban Əliyeva vəziyyəti nəzarətə götürdü

19:0214 İyun, 2020
873
SİYASƏT
  • A

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Oxu24.com  xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, yaxınlarının dediyinə görə, cümə günü axşam vəziyyəti pisləşən və temperaturu yüksələn aktyoru təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər:

“Ona ağ ciyərin zədələnməsi diaqnozu qoyulub. Bəli, bu, koronavirusdur. Dünən səhər isə onu süni komaya salıblar. Qanda oksigenin miqdarı çox aşağı – 40%-ə düşüb.

Əvvəlcə süni nəfəs aparatına, daha sonra başqa bir cihaza qoşublar, ağciyərə birbaşa oksigen ötürülür. Vəziyyəti hələlik stabil deyil”.

H.Həmidov qeyd edib ki, aktyorun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb və onlar hazırkı vəziyyətdən xəbərdardırlar. “Həqiqətən, hər şeyin yaxşı olacağına ümid edirəm. Ümid edirəm və inanıram”, - deyə jurnalist bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Prezident Bakıda yaradılan yeni parkda işlərin gedişi ilə tanış oldu - FOTOLAR
Əli Əsədov İrana getdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi