Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33099
az

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxslər tutuldu

13:5214 İyun, 2020
877
KRİMİNAL
  • A

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi
Qusarda 83 yaşlı ata oğlunu güllələdi
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi