Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33068
az

Bu yerlər  işləyir  -  SİYAHI

00:2414 İyun, 2020
619
CƏMİYYƏT
  • A

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında bəzi qurum və xidmətlər fəaliyyət göstərə biləcək.

Oxu24.com -un  məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıda qeyd olunan qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

• siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

• hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

• elektrik enerjisinin istehsalı və təchizatı;

• meliorasiya və su təsərrüfatı;

• rabitə xidmətləri;

• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

• çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-a görə toyların keçirilməsi təxirə salındı
Bakıda bu marşrut xəttinin nömrəsi dəyişdirildi
Tikintiyə icazə üçün rəy alınmalı qurumların siyahısı hazırlanacaq

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi