Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33034
az

Bu gün bu saatlarda küçəyə çıxmayın - XƏBƏRDARLIQ

09:5713 İyun, 2020
690
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

İyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

Oxu24.com  xəbər verir ki, havanın temperaturu bu gün Abşeron yarımadasında gecə 19-24, gündüz 35-40, Bakıda gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bununla bağlı əhaliyə müraciət edərək vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamağı tövsiyə edib:

"Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir. Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır.

Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO
XƏBƏRDARLIQ! Bu saatlarda maqnit qasırğası güclənəcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi