Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32956
az

Bakı qeydiyyatında olan şəxslərə VACİB XƏBƏR

20:1511 İyun, 2020
1086
REDAKTORUN SEÇİMİ
  • A

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
 
Yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa fonunda insanların rayonlara üz tutması yenidən aktuallaşıb. Sosial şəbəkədə aktiv müzakirələr zamanı insanlar iki günlük qadağa zamanı Bakını tərk edərək rayonlara üz tutmağa üstünlük verdiklərini açıqlayıblar. Mövcud vəziyyətdə iki günlük qadağalar zamanı vətəndaşların rayonlara üz tutması ilə bağlı Operativ Qərargahın məsələyə münasibətini öyrənməyə çalışdıq. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil. Məsələ ilə bağlı münasibət bildirən deputat Aqil Abbas isə Bakı sakinlərinin rayonlara buraxılması ilə bağlı Milli Məclisdə məsələ qaldıracağını qeyd etdi: "Açığı deyim ki, bu təklifi 5-ci gün Milli Məclisdə qaldıracağam. Bakı qeydiyyatı olan vətəndaşların rayonlara rahat getməsinə icazə verilməsi məsələsini irəli sürəcəm. İmkan verilsin ki, vətəndaşlarımız rayonlara gedib öz evlərində, qohumlarıgildə və ya kirayə ev tutub qala bilsinlər. Bununla həm Bakı şəhəri boşalmış olacaq, həm də insanlarımız rahat və təmiz hava almış olacaqlar. Düşünürəm ki, o rayonlarda ki, xəstəlik yoxdur, Bakı sakinlərinin həmin ərazilərə buraxılmasını reallaşdırmaq mümkündür. Bunu həm uzun müddətli, həm də bir neçə günlük rayonlara üz tutmaq istəyən vətəndaşlar üçün tətbiq etmək olar. Ola bilər ki, insanların Ağcabədidə, Bərdədə və və ya başqa bölgədə evi və ya qohumlarının evləri ola bilər. Bu insanlar həmin ərazilərdə rahat yerləşə biləcəklər. Belə olan təqdirdə rayonlarda infrastruktur işləyəcək. Hotellər və mağazalar gəlir əldə etməyə başlayacaq”. Aqil Abbas əlavə etdi ki, əgər bu koronavirus getdikcə şiddətlənirsə, əhalini qorumaq lazımdır: "Əhalini ünsiyyəti azaltmaqla qorumaq mümkündür. İki günlük küçəyə çıxmaq qadağasına əməl etmək də vacib şərtlərdəndir. Mən qətiyyən karantinin əleyhinə deyiləm. Dövlət əhalini qorumaq istəyir. Bunun üçün bəzi qadağa və məhdudiyyətlər tətbiq olunur. Bu qadağalar qonşu Türkiyədə 4 günlük müddətdə də olub. Bunun əleyhinə getmək olmaz. Amma Bakı qeydiyyatı olan vətəndaşlara rayonlara getməyə icazə verilə bilər. Bu məsələyə mən normal baxıram və onu Milli Məclisdə qaldıracam”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO
XƏBƏRDARLIQ! Bu saatlarda maqnit qasırğası güclənəcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi