Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32814
az

Etiraz aksiyası keçirən gənc fəal polis bölməsinə aparıldı

18:4109 İyun, 2020
404
CƏMİYYƏT
  • A

Gənc fəal Qiyas İbrahimov Bakıda yaşadığı evin yaxınlığında binanın damına çıxaraq etiraz aksiyası keçirib.

“Oxu24.com” xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onu binanın damından düşürməyə nail olublar. Qiyas İbrahimov yaxınlıqdakı polis bölməsinə aparılıb. Bakı şəhər Baş Polis İdarəsinin

Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək məqsədilə qanunsuz çağırışlar edib:

“Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı