Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32799
az

Havanın dəyişilməsi insanlara necə təsir edir?

13:5909 İyun, 2020
786
TİBB
  • A

Havada, hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə qarşı həssas olan insanlara meteohəssas insanlar deyirlər. Bu insanlara atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması təsir edir. Ekspertlərin fikrincə, yaşlı, müəyyən xəstəliklərdən əziyyət çəkən insanlar daha çox meteohəssas olur.

 

Psixoloq Ahmet Tuğrul Demirin Ekspress.az –a bildirdiyinə görə, havanın dəyişməsiylə təbiət də dəyişir: “Belə dəyişikliklər olduqda insanda sual yaranır ki, təbiətdəki dəyişikliklər insanlara necə təsir edir? Əlbətdə, təbiətin bir parçası olan insan, insanın bir parçası olan ruh da bu dəyişikliklərin təsiri altına düşür. Havadakı dəyişikliklərin insanın ruhsal durumuna, enerji düzəninə, yuxu rejimininə, iştahına, yemək seçiminə, sosial fəaliyyətlərinə təsri dərəcəsi fərqlidir. Bu üzdən mövsüm dəyişikliklər hər insana eyni təsir etmir. İnsanların bir qismi yaz və yay aylarında özlərini daha yaxşı hiss edər, qısa və soyuq qış günlərində isə daha enerjisiz, sosial fəaliyyətsizdirsə, bir qismi də əksinə yazın gəlişi ilə enerji azlığı, yorğunluq, diqqət pozuntusu, mutsuzluq, sıxıntı, yuxusuzluq və iştah dəyişiklikləri hiss edər. Burdan anlaşırlır ki, bəzi insanlar baharın gəlişi ilə daha enerjili, daha canlı və xoşbəxt olarlar, bəzi insanlar isə əksinə depressiya durumuna düşərlər. Bunun ən önəmli səbəblərindən biri bioloji faktorlardır. Genetik xəstəliyi olan insanlarda bahar depressiyası daha çox olur. Çünki hər mövsüm gəlişində insan bədəni yeni biyo-psixo-sosial bir ritmə adaptasiya olmağa çalışır. Bəzi insanlarda bioloji saat metereoloji dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Əlbətdə bu dəyişikliklər sadəcə bioloji fərqliliklərə bağlanmaz. Bu üzdən insana tədir edən psixoloji amilləri daha çox təhlil etməliyik. Havanın dəyişməsi insanları depressiv duruma sala bilər. Lakin bu durumla mübarizə apararaq dəyişikliklərə necə reaksiya verəcəyimizə özümüz qərar verə bilərik”.

 

 

 

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyevin Ekspress.az -a bildirdiyinə görə, hava insan orqanizminə çox təsir edir: “Təbiətdə baş verən hadisələr, havanın yağmurlu və ya yağmusuz keçməsi, günəşli və ya buludlu olması insana həm psixoloji, həm də fizioloji təsir göstərir. Hava yaxşı olanda insanın ruhu dincəlir, əhvalı yaxşı olur, özünü psixoloji cəhətdən çox gümrah hiss edir. Elə havalar da var ki, istər-istəməz insan orqanizminə mənfi təsir göstərir. Məsələn, buludlu, yağışlı havanı sevməyən insanlar var. Orqanizm təbiətdə baş verən bütün hadisələrə canlı kimi reaksiya verir. Elə hadisələr də var ki, günəşdə baş verən müxtəlif parçalanmalar, xarici mühitdə rütubətin qalxması, düşməsi, bunların hamısı orqanizmə mənfi təsir edir”.

 

H.Mehdiyev qeyd edib ki, bu səbəblər üzündən hava haqqında proqnoz deyəndə meteohəssas insanlara qabaqcadan xəbərdarlıq edirlər ki, “sabah hava sizin üçün əlverişsiz olacaq”: “Doğrudan da orqanik xəstəlikləri, təzyiqi olan insanlara belə havalarda hərəkət etmək mənfi təsir edir. Orqanizm pis vəziyyətə düşə bilər. Və yaxud da ki, xroniki xəstəliklərin şiddətlənməsi baş verə bilər. Bu nöqteyi nəzərdən belə havalarda adətən xəstələrə məsləhət görürük ki, hava əlverişli deyil, dərmanın dozasını bir qədər artırsınlar. Həmin xəstələrə deyirik ki, evdə qalsalar, daha yaxşıdır”.

 

Ekspertin dediyinə görə, havanın insana mənfi təsiri hər fəsildə müşahidə olunur: “Xüsusən də yazın gəlişi bütün canlılarda canlanma yaradır. Yaz fəslində xroniki xəstəliklərdə ağırlaşma müşahidə olunur. Yazda səhhətimizdə ağırlaşmaların qarşısının alınması üçün müəyyən profilaktik tədbirlərin görülməsi məsləhət olunur. Meteohəssaslıq orqanizmin xarici mühitdə baş verən müxtəlif proseslərə görə verdiyi reaksiyadır. Əlverişsiz havalarda xüsusən xroniki xəstəlikləri olan insanlar çox diqqətli olmalı, sağlamlıqlarının qeydinə qalmalıdır”.

 

Mehdiyev bildirib ki, havadakı dəyişikliklər yaşlı insanlara daha çox təsir edir: “Hava meteohəssas insanlar üçün əlverişsiz olduqda buna çox mənfi reaksiya verirlər, halları pis olur. Belə hava xroniki xəstəlikləri olan, lakin yaşı çox olmayan insanlara da mənfi təsir edə bilər, xəstəliyi şiddətləndirə bilər. Meteohəssaslığın artmasında əsas rol oynayan xəstəliklərdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadınlarda göbələk xəstəliyi
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Oynaqları balla müalicə edin - RESEPTLƏR

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı