Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32717
az

"Hər kəsin bir yaxını koronavirusa yoluxacaq…”" — TƏBİB sədri

20:4707 İyun, 2020
1359
REDAKTORUN SEÇİMİ
  • A

Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir.
Oxu24.com  trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ də, virusa inanmayanlar var: 

"Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq".

R. Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır. Belə ki, əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalma başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun, sanki utasiyası da artır. Artıq, nəyin ki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır.


TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir: 

"Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu qripə soyuq dəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir.

TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Amerikalılara Livanı tərk etmək tövsiyə olunur
Böyük Britaniya sərhəddə problemlərlə üzləşir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı