Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32693
az

DİN əhaliyə xəbərdarlıq etdi + VİDEO

18:3307 İyun, 2020
1053
OXU24 TV
  • A

Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Sumqayıt şəhərində insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a  verilən məlumata görə, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur.  Polis mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Bu müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin küçəyə çıxması qadağan edilib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı