Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32680
az

Bakıda inanılmaz hadisə - Polis maşınında uşaq dünyaya gəldi

14:4307 İyun, 2020
491
KRİMİNAL
  • A

Bu gün sərtləşdirilmiş karantin dövrü şəraitində Bakıda qeyri-adi hadisə baş verib.

Publika.az xəbər verir ki, paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı təcili tibbi yardıma müraciət edilib. Ailə üzvləri eyni zamanda qadını xəstəxanaya çatdırmaq üçün polisə də müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı şəhər Dövlət Yol Poisi İdarəsinin inspektoru xidməti "BMW" markalı atomobillə qadını xəstəxanaya aparıb.

Lakin yolda olarkən təbii doğuş baş tutub və qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a faktı təsdiq edib. O bildirib ki, son 2 gündə bu tip hadisələrə rast gəlinir: "Dünən və bu gün əməkdaşlarımız 20-yə yaxın insanın həyatını xilas ediblər və ya çox təcili şəraitdə xəstəxanalara çatdırıblar. Bu gün baş verən hadisədə də ana və yeni doğulan körpəsi sağ-salamat təbbi heyətə təhvil verilib. Onların həyatına hər hansı təhlükə yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı
Qadını fotolarla şantaj edən şəxs saxlanıldı
Keçmiş məhkum 87 yaşlı qadına qarşı soyğunçuluq etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı