Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32465
az

Maska taxmayanların cərimələri hara xərclənəcək? (AÇIQLAMA)

18:5303 İyun, 2020
367
CƏMİYYƏT
  • A


Azərbaycanda tibbi maska taxmamağa görə inzibati cərimələr İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə dövlət büdcəsinə ödəniləcək.

Qaynarinfo xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.

"Daha əvvəl də qeyd etdiyimiz kimi, karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmalarının koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur", - deyə nazirlik rəsmisi bildirib.

Xatırladaq ki, pamdemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı