Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32384
az

"Kapital Bank" səhmdarlarına əlavə dividend ödəməyə qərar verib

14:3502 İyun, 2020
667
İQTİSADİYYAT
  • A

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Oxu24.com  xəbər verir ki, yığıncaq Bankın baş ofisinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olub.

Yığıncaqda səhmdarlara əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 3,24 manat təşkil edəcək. Ödəniş 5 ay ərzində (iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında) həyata keçiriləcək.

Xatırladaq ki, "Kapital Bank"ın səhmdarlarının aprelin 1-nə keçirilmiş yığıncağında Bankın 2019-cu ildəki xalis mənfəətinin təxminən 60%-i qədər (dövriyyədə olan 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmin hər birinə 4,6 manat) dividend ödənilməsinə qərar verilmişdi. Mənfəətin qalan hissəsi isə koranavirus (COVID-19) pandemiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxlanılmışdı. Beləliklə, 1 səhm üçün dividendin məbləği 7,84 manata çatdırılıb.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 86,6%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 8,9%-i "PAŞA Sığorta" ASC-yə, 4,4%-i "PAŞA Həyat Sığorta" ASC-yə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara gedir"
Neft bahalaşdı
Qızıl və gümüş bahalaşdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı