Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32049
az

Ermənistanda koronavirusun ikinci dalğası elan olundu

09:0027 May, 2020
532
DÜNYA
  • A

Ermənistanda koronavirusla bağlı vəziyyət gərginləşib.

“İnterfaks” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib. O, ölkədə Covid-19-un ikinci dalğasının başladığını elan edib: “Əslində biz koronavirusun ikinci dalğası ilə mübarizə aparırıq”.

Paşinyan epidemiya əleyhinə görülən tədbirlərə riayət olunmamasından narazılığını bildirib:

“Əlləri tez-tez yumaq və dezinfeksiya etmək lazımdır. Tibbi maska taxılmalı, sosial məsafə gözlənilməlidir. Əminik ki, bu qaydaların gözlənilməsi vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq və yoluxma sayı tamamilə yox olacaq. Biz bu qaydalara əməl olunmasına ciddi nəzarət edəcəyik”.

Qeyd edək ki, aprelin əvvəlində Ermənistanda koronavirusa yoluxmanın pik həddi elan edilib. Hazırda 7402 nəfər virus daşıyıcısıdır, 91 nəfər dünyasını dəyişib. Ermənistanda iyunun 13-dək fövqəladə vəziyyət elan edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı