Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32039
az

Ürəyin fəaliyyətinə təsir edən ən güclü vasitə - ARAŞDIRMA

22:0326 May, 2020
733
CƏMİYYƏT
  • A

Qoz bağırsaqlarda faydalı bakteriyaların ifraz olunmasına kömək edir, eyni zamanda ürək fəaliyyəti üçün də xeyirlidir.

Oxu24.com xəbər verir ki, tədqiqatlar qozun faydalarını təsdiqləyir. Odur ki, qidalanma mütəxəssisləri onları menyuya əlavə etməyi məsləhət görürlər. Pensilvaniya alimlərinin apardığı araşdırmada məlum olub ki, qoz bağırsaq mikrobiomunu faydalı bakteriyalarla zənginləşdirir.

Alimlər piylənmə əlamətləri olan 32-65 yaşlı 42 insanın iştirak etdiyi araşdırma aparıb. İştirakçılar 2 həftə ərzində "Aralıq dənizi pəhrizi" nin qaydalarına əsasən qidalanıb. Sonra təsadüfi olaraq üç qrupa bölünüb və altı həftə boyunca az yağ tərkibli pəhrizə keçiblər. Üç qrupun menyusunda müəyyən fərqlər olub. Qoz menyuların birinə daxil edilib, son ikisi tamamilə və ya qismən bitki yağları ilə əvəz olunub. Və sonra bağırsaq mikrobiomu yoxlanılıb.

Məlum olub ki, qoz pəhrizi mikrobiomu bir neçə növ faydalı bakteriya ilə zənginləşdirib. Bunlara bağırsaqları qoruyan, yüksək təzyiq riskini azaldan bakteriyalar daxildir. Qozun tərkibində 0,2-6,7% fitik turşusu var. Odur ki, qərzəkli meyvənin faydalı xüsusiyyətlərinin bədən tərəfindən tam şəkildə qəbul edilməsi üçün istifadə etməzdən əvvəl onlar aktivləşdirilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı