Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31953
az

Uşağın boğazı ağrıyırsa, ona dondurma verin – Tanınmış pediatrın tövsiyəsi

15:5825 May, 2020
479
CƏMİYYƏT
  • A

Bizdə kiçik yaşlı işaqlara, boğazı tez-tez ağrıyan uşaqlara dondurma adətən verilmir və ya əridilmiş halda, kokteyl şəklində verilir.

Lakin tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bunun səhv olduğunu qeyd edib.

Oxu24.com bildirir ki, Komarovskinin sözlərinə görə, boğaz iltihabına meyilli olan uşaqlar dondurma mütləq yeməlidir: “Uşağın boğazı tez-tez ağrıyırsa, ona dondurma verilməlidir. Bu yerli immuniteti gücləndirir, onu məşq etdirir və nəticədə uşaq daha gec-gec xəstələnməyə başlayır”.

Həkim stomatit və həmçinin boğaz ağrısı zamanı uşağa dondurma verməyi tövsiyə edib. Bu diskomfort və ağrını azaltmağa yardım edir.

Həkim adi ağ plombirə üstünlük verməyi tövsiyə edir.

“Uşağa heç vaxt dondurma verməmisinizsə, 1 çay qaşığından gündə 3 dəfə başlayın. Uşaq dondurmanı ağzında bir qədər saxlamalıdır ki, badamcıqlara təsir etsin. Daha sonra dondurmanın miqdarını artırmaq olar”, - həkim bildirib.

Dondurma kalorili və şirin məhsuldur. Bu səbəbdən uşaqda artıq çəki, piylənmə və şəkərli diabet varsa, ona dondurma verməyi tövsiyə edilmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı