Şamaxı rayon İcra Hakimiyyətində koronavirus testi pozitiv çıxan şəxs icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elxan İbrahimovdur.
Yenisabah.az-a daxil olan məlumata görə, hazırda Şamaxıda hər kəs bu olaydan danışır. Bildirilir ki, məhz Elxan İbrahimovun təmasda olduğu şəxslər karantinə alınır.
Elxan İbrahimov 1 aydır ki, bu vəzifəyə təyin olunub. İcra başçısının müavini olmamışdan əvvəl isə Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.
Oxu24.com
ŞƏRHLƏR