“Son 20 ildə doludüşmə proseslərinin intensivliyi 5-6 dəfə artıb”.
"Oxu24.com" xəbər verir ki, bunu News24.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisi bildirib ki, Abşeron yarımadasında son 30 ildə 25 metrdən artıq olan güclü küləkli günlərin sayı artmaqdadır:
“Eyni zamanda 35 dərəcədən yüksək olan isti günlərin də sayı artmaqdadır. Qarşıda isti dövrlər gözlənilir.
Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur”.
ŞƏRHLƏR