Anadolu agentliyinə istinadən xəbər verir ki, Sçantz ailəsi avtomobil ilə hərəkət edərkən yolda 2 iri bağlama görüb. Bağlamaların avtomobillərin hərəkətinə mane olmaması üçün, Sçantz ailəsi onları yoldan kənarlaşdırmaq qərarına gəlib. Ailənin xanımı bağlamaların içinə baxanda gözlərinə inanmayıb. Bağlamalarda ümumilikdə 1 milyon dollar pul olub.
Sçantz ailəsi pulları dərhal polisə təhvil verib. İndi polis 1 milyon dolların sahibini axtarır. İlkin ehtimallara görə, yerli banka aid olan pullar daşınarkən inkassatordan düşüb.
Oxu24.com
ŞƏRHLƏR