Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini - mahnı ansamblının rəisi təyin edilib.
Yeni təyinatı ilə bağlı “Ölkə.Az”a açıqlama verən Xalq artisti ona göstərilən etimada görə çox xoşbəxt olduğunu və Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürünü bildirib:
"Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sözsüz ki, bizə verilən hər bir dəyər sənət adamlarına böyük dəstəkdir”,- deyə o, qeyd edib
.
Oxu24.com
ŞƏRHLƏR