Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31657
az

Azərbaycanda yenidən sərt karantin qaydaları tətbiq edilə bilər 

22:0520 May, 2020
4056
REDAKTORUN SEÇİMİ
  • A

“Bu gün COVİD-19 virusuna yoluxan insanların sayı 5 milyonu keçib. Bu virus nəticəsində dünyasını dəyişənlərin sayı isə yarım milyon civarındadır. Bütün bu faktlar onu göstərir ki, COVİD-19 virusu bütün dünya üçün ciddi bir təhlükədir.

Bütün Avropa, Asiya ölkələri, o cümlədən Azərbaycan da bu virusla bağlı başlatdıqları təcrid prosesindən hissə-hissə çıxmaq üçün addımlar atmaqdadır. İnsanların ən maksimal qorunma və ən minimal zərərlə bu vəziyyətdən çıxması üçün Azərbaycan hökumətinin, başda cənab prezident İlham Əliyevin başçılığı və vermiş olduğu xüsusi təlimat çərçivəsində atılan addımlar insanlarımızın bu problemdən qısa müddətdə qurtulmasına və COVİD-19 pandemiyasının yayılmasının azalmasına xidmət etməkdədir”.

Bu sözləri millət vəkili Ramil Həsənov xüsusi karantin rejimi haqda danışarkən deyib. O bildirib ki, karantinlə bağlı yumşaldılan qaydalar davam edən proseslərdən asılıdır:

“18 maydan etibarən parklar, restoranlar, müzeylər, kitabxanalar, müəyyən müəssələrin açılmasına baxmayaraq, xəstələnənlərin sayı artmaqda davam edir. Burada məsuliyyət bilavasitə vətəndaşların üzərinə düşür. Çünki dövlət başçısının vermiş olduğu tapşırıqları əsasında fəaliyyət göstərən Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və bir çox qurumlar öz üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirməkdə və vətəndaşlarımızın sağlamlığının keşiyində durmaqdadırlar. Amma vətandaşlarımız da yaşından, sosial vəziyyətindən və cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq, sosial məsafəni qorumalı və eyni zamanda pandemiyaya qarşı hökümətin tətbiq etmiş olduğu qaydalara əməl etməlidirlər. Bu qaydalara maskalardan istifadə, əllərin tez-tez gigyenik vasitələrlə dizinfeksiyası, restoranlarda sosial məsafələrə uyğun masalar qoyulması, eyni zamanda parkda 10 nəfərdən artıq insanın bir yerdə gəzməməsi haqda hökümətin göstərmiş olduğu qaydalar daxildir. Bütün bu qaydaların hamısını vətəndaşlarımız mütləq şəkildə yerinə  yetirməlidir. Əks halda cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi yumşaldılan qaydalar davam edən proseslərə bağlı olacaq”.

Millət vəkili həmçinin qeyd edib ki, əgər proseslər yüksələn xətlə davam edərsə, yəni xəstələrin sayı çoxalarsa, qaydalar yenidən sərtləşdirilə bilər:

“Mütəxəssislər qeyd edirlər ki, pandemiyanın ikinci dalğasının başlaması ehtimalı hələ də qalmaqdadır. Və bu ehtimal qoyulan tələblərin yerinə yetirilib-yetirilməməsindən asılı olacaq. Qaydaların yenidən sərtləşdirilməsini istəmiriksə, ölkə rəhbərinin çağırışlarına əməl etməliyik. Mən də həm bir vətəndaş, həm də millət vəkili kimi insanları göstərilən qaydalara əməl etməyə çağırıram”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO
XƏBƏRDARLIQ! Bu saatlarda maqnit qasırğası güclənəcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi