Bitki çaylarının hər biri fərqli və özünəməxsus müalicə xüsusiyyətlərinə malikdir.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, yaşıl çay dişlərin çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, immun sistemini gücləndirir.
Çobanyastığı çayı yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitədir, revmatizm, dəri xəstəlikləri, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Bununla yanaşı, həmin çayın qəbulu stressi azaldır, mədə ağrısının qarşısını alır, əsəbləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır, həmçinin ağıziçi iltihabların müalicəsində də qarqara kimi istifadə olunur.
Razyana çayı həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə süd verən analar üçün həmin çayın qəbulu idealdır, körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayının tərkibində yüksək miqdarda dəmir var. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanları təmizləyir, infeksiyaların müalicəsində köməkçi vasitədir, öskürəyə yaxşı təsir edir. Həmçinin immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Kəklikotunun 350 növü var. Bu çay öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımi minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır, şişkinliyi və stressi azaldır.
Xəstəliklərin müalicəsində köməkçi vasitə olaraq istifadə edilən bitki çaylarını mütəxəssislə məsləhətləşmədən istifadə etmək düzgün deyil.
Oxu24.com
ŞƏRHLƏR