Dünya Çempionatının B qrupunda mübarizə aparan İranla Portuqaliya arasında bu gün III tur çərçivəsində baş tutacaq vacib görüşdən əvvəl iranlı azarkeşlər qəribə üsula əl atıblar.
Oxu24.com xəbər verir ki, qrupda 3 xalla 3-cü yeri tutan millinin tərəfdarları Portuqaliya millisinin məskunlaşdığı Rusiyanın Saransk şəhərindəki "Merkuri" hotelinin önündə parti təşkil ediblər.
Azarkeşlər bununla Portuqaliya yığmasının dincəlməsinə və yatmasına mane olmaq istəyiblər. Onların məqsədi millinin bugünkü oyuna yorğun və yuxusuz çıxmasını təmin etmək olub.Azarkeşlərin əsas hədəfi isə Portuqaliya yığmasının aparıcı futbolçusu Kriştiano Ronaldo olub.
Oxu24.com
ŞƏRHLƏR