Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31175
az

İlham Əliyevin rəis təyin etdiyi 35 yaşlı xanım kimdir? - DOSYE/FOTO

19:3214 May, 2020
4114
SİYASƏT
  • A

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.
 
Oxu24.com-un xəbərinə görə, Prezident İlham Əliyevin Fərmanı ilə Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Məlumat üçün bildirək ki, 1985-ci ildə anadan olan Samirə Musayevanın  sonuncu iş yeri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsi olub.


2008-ci ildən – 23 yaşından Vergilər Nazirliyində çalışan Samirə Musayeva 2003-cü ildə orta təhsilini başa vuran Samirə Musayeva, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
 
 
Daha sonra o, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin  hüquq fakültəsində magistr təhsili alıb. Samirə Musayeva, magistr təhsilinidə fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə ali təhsilini başa vuran Samirə Musayeva, həmin ildəcə sənədlərini yeni yaradılan Bakı Apelyasiya Məhkəməsinə verib. 22 yaşında Bakı Apelyasiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 6 ay çalışdıqdan sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə hüquqşünas kimi işə qəbul olunub.

il sonra - 2010-cu ildə Samirə Musayeva Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəis müavini, 2011-ci ildə isə Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Samirə Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
 
2016-cı il fevralın 5-də Samirə Musayeva Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.


2017-ci ildən isə Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Departamentinin baş direktoru olub.yeniavaz.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkələrin səfirləri Gürcüstan XİN-ə çağırıldı
Paşinyan ermənilərə “yeni dövlət” təklif etdi
İran Suriyaya qoşun göndərə bilər

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü