"Evindədir da, küçədə deyil axı bu. Qonaqlar da icazə alıb çıxıblar. Burda problem yoxdur".
Oxu24.com xəbər verir ki, bu sözləri Yeniavaz.com-a Daxili İşlər Nazirliyin mətbuat katibi Ehsan Zahidov tanınmış müğənni Manaf Ağayevin karantin rejimi qaydalarını pozaraq evində açdığı iftar süfrəsi ilə bağlı açıqlama verərkən deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl tanınmış müğənni Manaf Ağayev dostlarını iftara dəvət edib və bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıb. Qaydalara zidd olaraq icazə veriləndən çox sayda insanın iştirak etdiyi məclisdə Teymur Əmrah, Vasif Məhərrəmli kimi məşhur simalar da olub.
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Operativ Qərargah vətəndaşlara sosial məsafə saxlamağa, bir yerə toplaşmamağa çağırış etmişdi.
Oxu24.com
ŞƏRHLƏR