Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31115
az

Flora Kərimova Şeyxə əsəbiləşdi: "Mənin nazirdən asılacağım yoxdur"

23:2013 May, 2020
1882
ŞOU-BİZNES
  • A

Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün fəxri ad alanlar barədə “Rüşvət alıb ad veriblər” sözlərini işlətdiyini iddia edib.

Oxu24.com  xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

“Kimlərəsə “ad” verdilər... Bəli, verdilər! Yerli-yersiz, sənəti olana da, olmayana da necə gəldi, kimə gəldi, verdilər o adları. Mən də narazıyam! Bu, tam başqa mövzudur. Kiminsə çörəyinə bais olum, fürsətçilik edim? Kimdənsə xoşum gələ bilər, kimləsə düşmənçiliyim ola bilər, amma mən o vicdanın yiyəsi deyiləm, ədavətimin sərhədindən kənarda da ondan intiqamımı alım. Şeyx Əbdül, “rüşvət alıb ad veriblər” deyə müsahibə vermisiniz. Deyən gərək, sizə də 2018-ci ildə Xalq artisti adı verdilər. Sizdən də rüşvət aldılar, aldılarsa, kim və nə qədər? “Adlarla” bağlı narazılıq məqamlarınızda etirazlarınızla alıb-verənləri ifşa edib, imza toplaya bilərdiniz. Bunu etmədiniz. Nazirlikdən o adın təsdiqlənməsinə kimi uzun bir zəncir var, bunu bilirsiz. Bu məqamların nazirlikdən nə dərəcədə asılı olmağını da yaxşı bilirsiz. Son imzaya kimi nə qədər imzalardan keçdiyini də hamıdan dəqiq bilirsiz! Təəccüb edirəm sadəcə, nazirlik o günə qaldı ki, ildə 20 nəfərə ad verməklə dolanası oldu? Nə yazdığınızı heç düşünürsüz? Tör-töküntülər rüşvət alırsa... vay hallarına! Mənim nə nazirlikdən, nə onun böyüyündən asılacağım var. Mən bu şəraitdə nə nazirin, nə rüşvət alanın, nə də rüşvət verənin tərəfini tuturam. Mən, topuğa belə dəyməyən daşı arxadan atanların əleyhinəyəm! Məlumatı oldu, olmadı, nəsə yazmaq xatirinə söz yazanlar, özünü ağıllı və başbilən göstərmək, qeybət eləmək kişilikdən deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Kurtlar Vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir - VİDEO
Əməkdar artistə ağır itki
Xalq artisti:

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib