Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30843
az

Eldar Əzizov danışdı: Cavab vermək bu gün hələ tezdir

10:1410 May, 2020
680
SİYASƏT
  • A

“Bu gün Qaradağ rayon İcra Hakimiyyəti işləyir. Çalışırlar ki, öz fəaliyyətlərində dönüş yaratsınlar”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirlər:

“Bu normal haldır. Çünki kiməsə cəza verilir, kiminsə fəaliyyəti qiymətləndirilir. Bütün bunlar normaldır. Deməli, daha da yaxşı işləməliyik”.

Qaradağ Rayon icra Hakimiyyətinin töhmətdən nəticə çıxarmasına gəlincə, E. Əzizov bildirib ki, buna cavab vermək bu gün hələ tezdir: “Çünki bir ay keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.

E. Əzizov bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa heç bir rayona töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edildi
Bu komissiyanın tərkibində dəyişiklik edilib
Əliməmməd Nuriyev namizədliyini geri götürdü

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib