Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30816
az

TƏCİLİ XƏBƏR! TƏBİB Operativ Qərargaha  qadağalarla bağlı müraciət edir

20:1909 May, 2020
4572
CƏMİYYƏT
  • A

“Koronavirusla bağlı təşviqat materialları bütün dayanacaqlar, ictimai iaşə yerlərində asılacaq". 

Oxu24.com -un  məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

R. Bayramlı deyib ki, vətəndaşların bu qaydalara tam riayət etməsi lazımdır:

“Vətəndaşlarımız bu məsələyə tam məsuliyyətlə yanaşmalıdırlar”. 

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, sosial şəbəkələrdə aktiv vətəndaşlar, o cümlədən jurnalistlər qaydaların aktiv təbliğatçısına çevrilməlidir:

“Sərt karantindən çıxdıqdan sonra yoluxmanın artdığını gözləyirdik. Ancaq insanların məsuliyyətsizliyi də bu məsələdə böyük rol oynayır. Artıq metro açılıb. Bankların qarşısında, marketlərdə insanların tibbi maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Buna görə də Operativ Qərargah broşurlar dərc edib”.

R. Bayramlı nəzərə çatdırıb ki, qardaş ölkə Türkiyədə həftə sonlarında hərəkətin məhdudlaşdırılması həyata keçirilir:

“Biz vətəndaşlarımızın tibbi maskalardan istfiadəsini müşahidə edəcəyik. Ola bilər ki, qarşıda həm bayram günlərində, həm də həftə sonlarında məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ Qərargaha müraciət etdik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi -VİDEO
Bu tarixdən ödənişsiz ekspres marşrutlar fəaliyyətə başlayacaq
Yüksək təyinat oldu - FOTO

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb