“Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib”.
Oxu24.com -un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xaricdən gələnlərin yoluxmada payının 9.1 faiz olması xaricdən gətirilənlərin karantin rejiminə yerləşdirilməsinin vacib olduğunu göstərir:
“Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb”.
Oxu24.com
ŞƏRHLƏR