“Biz ölkəni şərti olaraq sarı və narıncı ərazilərə bölmüşük”.
Oxu24.com -un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, sarı ərazilərdə yoluxma sayı narıncı ərazilərdən azdır:
“Müxtəlif regionlarda vəziyyət dəyişərsə, narıncı, hətta qırmızıya doğru getməyə zəmin yarada bilər. Bu gün regionlarda yoluxma səviyyəsi sarı ərazilərin narıncı ərazilərə çevrilməsinə əsas vermir”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, artıq infeksiyanın epidemiyası nəzarət altına alınıb:
“Tətbiq olunan karantin rejimi ilə bu, məhdudlaşdırıldı. İş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bunun da səbəbi iş yerlərində şəxslərin maska və sosial məsafə ilə bağlı qaydaya əməl etməməsidir”.
Oxu24.com
ŞƏRHLƏR