Karantini pozan şəxslərlə bağlı göstəriş verildi
İsveç pandemiyaya görə karantin rejimi tətbiq etməyən Avropanın iki ölkəsindən biridir.
Belarus prezidenti Aleksandr Lukaşenko bu fikri yaxına buraxmır.
İsveçdə isə axına qoşulmamağın hətta ölkə iqtisadiyyatına fayda verdiyini düşünürlər.
Oxu24.com xəbər verir ki, İsveçin məşhur SEB bankının analitiklərinin hesabatında bundan danışılır. “Bloomberg”in məlumatın görə, hesabatda ölkə iqtisadiyyatının Skandinaviyanın başqa dövlətləri ilə müqayisədə pandemiyadan daha az zərər gördüyü yazılıb.
SEB-in maliyyəçiləri bildirir ki, İsveçdə ümumdaxili məhsul 7 faiz azalacaq. Halbuki daha sərt karantin qaydaları tətbiq edən Norveçdə, Finlandiyada, qonşu Danimarkada iqtisadi itkilər xeyli çox olacaq.
Analitiklər onu da xüsusi vurğulayır ki, İsveç Mərkəzi Bankı əsas dərəcəni sıfır səviyyəsində saxlamağı bacaraq. Bu isə biznes sektorunu və əhalini ucuz kreditlərlə təmin etməyə imkan verəcək. 30.6 milyard dollarlıq istiqraz vərəqələrinin alınması üçün xüsusi proqram hazırlanması da mümkündür.
İsveç Mərkəzi Bankı aprelin sonlarında öz qiymətləndirməsini ortaya qoymuşdu. Bu qiymətləndirməyə görə, illik ümumdaxili məhsulun azalması 6.9-9.7 faiz arası olacaq. İşsizliyin isə 10.1 faizə çatması gözlənilir.
İsveçdə indiyə qədər 25 minə qədər vətəndaşın virus testi müsbət nəticə verib. 3 mindən çox xəstə koronavirus üzündən həyatla vidalaşıb.
Oxu24.com
ŞƏRHLƏR