Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30602
az

Məhkəmədən çıxan icra başçısı ailə üzvlərinə: \"Hər şey yaxşı olacaq. Bu günlər keçəcək\"

22:1606 May, 2020
644
  • A

Mayın 6-da Səbail rayon Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev barəsində həbs qərarı qapalı iclasda çıxarıldı.
Bizimyol.info xəbər verir ki, V.Hacıyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün istintaq orqanının təqdimatına baxılarkən məhkəmə binasının qarşısında sabiq icra başçısının ailə üzvləri gözləyirdi.

İclas başa çatandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları V.Hacıyevi məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərini görüb. Binadan çıxarılıb maşına mindirilənə qədər bir neçə saniyə ərzində oğluna və həyat yoldaşına bunları deyə bilib: “Hər şey yaxşı olacaq. Bu günlər keçəcək. Haqq yerini tapacaq...”

V.Hacıyev mayın 5-də DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Mayın 6-da prezident İlham Əliyev onun İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO
Doğuşdan bir neçə saat sonra öldü, iki övladı qaldı - VİDEO

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Salyanda yol qəzasında 3 nəfər xəsarət aldı