Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30495
az

SON DƏQİQƏ! Metronun açılması üçün müzakirə başladı

15:5705 May, 2020
844
REDAKTORUN SEÇİMİ
  • A

Yeni növ koronovirus infeksiyasının yayılması ilə əlaqədar Bakı Metropoliteninin fəaliyyəti 31 mart 2020-ci il tarixdə saat 22:00-dan etibarən dayandırılıb. Elə həmin tarixdən sərnişindaşımada yük daha çox avtobusların üzərinə düşüb. Avtobusdan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər isə metronun nə vaxt açılacağını gözləyir.

Sakinlər də metronun bağlandığına görə gediş-gəlişdə çətinlik çəkdiklərini deyirlər: “Metro bağlanıb, gediş-gəliş çətinləşib. Avtobusda məsafə saxlayıb gedirik, yenə də çətin olur bizə. Metro açılsa, məsafə saxlayıb getsək, bizə də rahat olar. Həkimə gedirik, xəstəmiz olur. Qoy bizə də rahat olsun”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun nə vaxt fəaliyyətə başlaması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir: “Bakı Metropoliteni veriləcək qərardan asılı olaraq öz işini bərpa etməyə hazırdır. Hazırda bu sahədə bütün müvafiq işlər görülür”. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, metronun açılması situasiyadan asılı olacaq. Hazırda bu məsələ müzakirə olunur. 

Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə pandemiya dövründə ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Azərbaycanın baş dövlət sanitariya həkiminin təsdiqlədiyi metodiki göstərişlərdə bildirilib ki, bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda, vətəndaşlardan tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

Sərnişinlər bu qərarı anlayış və razılıqla qarşılayıb:

- Metro açılsa, əlbəttə ki, gigiyena qaydalarına sağlamlığımız üçün əməl edəcəyik.

- Açılandan sonra da yenə həmin qaydada maskadan, əlcəkdən istifadə edəcəyik.

Bakı Metropoliteni isə sərnişinlərini hər an qarşılamaq üçün hazırlıq işlərini davam etdirir. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, metronun fəaliyyətini dayandırdığı müddət ərzində təbii hava axını olmadığı üçün ventilyatorların iş fəaliyyətində müəyyən dəyişikliklər edilib: “Bakı Metropoliteni çoxşaxəli və mürəkkəb infrastruktura malik olan nəqliyyat sistemidir. Bu səbəbdən ötən dövr ərzində əsas vəzifə  infrastrukturun sağlam, saz vəziyyətdə olmasını təmin etmək, hər an onu işlək vəziyyətə gətirməkdən ibarətdir”. 

Belə... Sərnişinlər metronun, metro da sərnişinlərinin yolunu gözləyir. Metroda görüşənədək...

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! FHN Xəzər dənizinə helikopter göndərdi
Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib