Salyanda 2 azyaşlı qardaş su arxında boğulub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb.
Valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar.
Azyaşlı uşaqların arxda boğulmasına valideyn məsuliyyətsizliyi səbəb olub. Belə ki, hadisə vaxtı ata mal-qara otarırmış, uşağın anası, nənə və babası isə üzüm yarpağının yığımı ilə məşğul imişlər.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR