Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30426
az

COVID-19 daha 5 xəstəliyə səbəb olur - ŞOK ARAŞDIRMA

13:5204 May, 2020
717
TİBB
  • A

Dünyanı alt-üst edən koronavirus pandemiyasının ən çox zərər vurduğu ölkələrdən biri İspaniya yeni tapıntıları açıqlayıb.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, dermatoloqlar koronavirusun xüsusilə diaqnoz qoyulan gənclərdə 5 müxtəlif dəri probleminə yol açdığını ortaya çıxarıb.

Bu xəstəliklər arasında sızanağa bənzər qaşıntılı qızartılar, ağ və çəhrayı qabarcıqlar, xallı, kiçik qızartılar, soyuqdəymədən sonra yarana bilən yaralar var. Ən təəccüblüsü isə araşdırmaçıların “COVID barmağı” adlandırdığı ayaq barmaqlarındakı qızartılar olub. Bu problemə daha çox xəstəliyi asimptomatik keçirən gənclərdə rast gəlindiyi vurğulanıb.

Dəridə qaşıntı və qızartı hazırda koronavirusun simptomları arasında yer almır. Araşdırmaçılar bu dəri problemlərinin başqa səbəbinin ola biləcəyini, koronavirusla birbaşa əlaqəsinin qurulması üçün daha genişmiqyaslı araşdırma aparmalı olduqlarını bildirir.

Tədqiqatın nəticələri İngiltərənin “Dermatologiya” dərgisində dərc olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Vüqar Qurbanov onu müdir təyin etdi -FOTO

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu