Xalq artisti Röya Ayxanın gündəm yaradan fotosessiyası qalmaqala səbəb olub.
Ou24.com xəbər verir ki, ulduz seksual fotolarıyla diqqət çəksə də, həmkarı Səidə Sultan onu plagiatlıqda ittiham edib.
Belə ki, o, qara alt paltarında ötən il çəkdirdiyi şəkilləri paylaşaraq Röyanın onu təkrarladığına eyham vurub: “Röyanın instaqram xəbər səhifələrindən sildirdiyi şəkli istədim ki, öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Xatırladım ki, bu fotonu mən 2019- cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdı... Niyə inciyirsiz ki? Fakt göz qabağındadı”.
Bundan əlavə, Natavan Həbibinin də yeni layihəsi üçün Röya Ayxanla eyni saç stilinə müraciət etməsi qəribə bir təsadüf olub. Onlar bir-birindən xəbərsiz eyni gündə yeni saç stilində olan fotolarını instaqramda paylaşmışdı.
Qeyd edək ki, Xalq artistinin obrazı üzərində stilist Anar Ağakişiyev və gürcü Datuna Sulikaşvili çalışıb.
Oxu24.com
ŞƏRHLƏR