Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30413
az

Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ

09:5604 May, 2020
1534
REDAKTORUN SEÇİMİ
  • A

Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir.

 

Oxu24.com -un  xəbərinə görə, bu təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin, unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb. Sadəcə zərurət olmadıqda evdən çölə çıxmayın.

 

Mütəxəssislər bildirirlər ki, qaydalara əməl olunmasa infeksiyanın ikinci dalğası başlaya bilər.

 

Karantin rejimi yumuşaldıldıqdan, bəzi obyektlərin fəaliyyətinin bərpasından sonra vətəndaşlarda arxayınlıq yarandı. Hətta gigiyenik normalara, sosial məsafəyə belə laqeyd yanaşma halları artdı. Havanın günəşli keçməsi səbəbindən bir çoxları gəzmək üçün küçələrə belə çıxdı.

 

Səbinə Məmmədova - paytaxt sakini: "Küçəyə gəzməyə, uşağı gəzdirməyə, hava almağa çıxmışıq. Evdə darıxır, karantin vaxtıdır. Özü də karantində bilirsiz evdə otururuq, sıxılırıq. Ona görə çıxmışıq gəzməyə. İcazə almamışam".

 

Səidə Əsədova - paytaxt sakini: "Elə indicə çıxmışam. Həm marketə gedəcəyik. Həm uşağa hava almağa görə. Deyilib evdə qalın zərurət olduqda çölə çıxın? Evdə qalırıq onsuz da, qaydalara riayət edirik. İcazə də alırıq. Sadəcə evdə heç kim yoxdur deyə uşağı da tək qoya bilmirik".

 

Mütəxəssis bildirir ki, bu cür hallar yoluxmalarının artmasına gətirib çıxara bilər və bu heç də arzu olunan hal deyil.

 

Azərbaycan Tibb Universitetinin yolxucu xəstəliklər kafedrasının dosenti, Sədrəddin Atakişiyev bildirir ki, valideynlər uşaqlara qarşı bu günlərdə xüsusilə diqqətli olmalıdır.

 

Sədrəddin Atakişiyev – ATU-nun dosenti: "İnsanlar arasında virus daşıyıcıları var. Onlarda klinik əlamət olmadığına görə, xəstəliyi birindən digərinə yoluxdura bilər. Ona görə görürsüz havalar hələ də tam qızmayıb. Biz də əvvəlcədən qeyd etmişdik ki, havalar tam qızanda xəstəlik azalar. Havaların tam qızmaması da bu virusu tam haldan salmır. Ona görə də insanları, xalqımızı çağırırıq ki, hələ də bir ay müddətində özünüzü qoruyun, çalışın çox insanla əlaqəniz olmasın".

 

Mütəxəssis bildirir ki, gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Ona görə də mümkün qədər özünütəcrid prosesinə əməl olunmalıdır.

 

İnsanlar ictimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafə, iki metrlik distansiya nəzərə alınmalıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölən tələbənin FOTOSU
Qaçmazdan əvvəl Əsəd ətrafını necə aldadıb?
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu