Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30287
az

“Amrahbank” ın bağlanmasında kimin əli  var? — Bank əməkdaşları  etiraza  qalxdı (VİDEO)

09:4802 May, 2020
2890
ŞİKAYƏTLƏR
  • A

Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərarla “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 2007-ci il iyulun 30-da 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və həmin il iyulun 30-da 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC bu il mayın 1-dən “Əmanətlərin sığortalanması haqqında” qanunun  22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə  Oxu24.com-a  Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Amrahbank” ASC-nin  əməkdaşları  bankın  bağlanmasına  görə   etiraz  edib. Onlar  bildiriblər  ki,  bankın  bağlnamasını  bir  nəfər  şəxs  göstəriş  verib.

Bankın yerləşdiyi  binada  etiraz  edən  əməkdaşlar  Dövlət  başçısından   kömək  istəyib.

“Amrahbank” ASC-nin  hüquqşünası Mehdi  Mehdiyev  bildirib  ki,  bankın  bağlanması  qərarı  1 saatın  içərisində   verilib  Bu  qərar   onlar  üçün  də   gözlənilməz  olub. Hüquqşünas   bildirib  ki,  bankın  bağlanması  qərarını  adını  çəkmək  istəmədiyi  şəxslər  verib.

Daha  sonra  hüquqşünas  bildirib  ki, bank  heç  zaman  özünü  müflis  elan  etməyib. Mərkəzi  Bankın  yaydığı  bu  məlumat  yalandır.

Bankım  əməkdaşları   bildirib   ki,bu  vaxta  qədər    bank  əməkdaşlarının   əmək  haqqları   vaxtında  verilib. Heç  bir  gecikmə   və   problem  yaşanmayıb.

Bankın  binasında  gərgin  anlar  yaşanıb. Daha sonra  bankın  yerləşdiyi    binaya  hərbçilər   və  polis  əməkdaşları   gəlib.

Oxu24.com  ətraflı  reportajı  təqdim   edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü