Rusiyanın Odintsovo şəhərində 10 nəfərdən ibarət cinayətkar qruplaşma tibbi maska və termometrlərin saxlanıldığı anbarı bir gecədə “silib-süpürüb”.
“LifeShot” Telegram kanalının məlumatına əsasən, müəssisədən altı “QAZel” tibbi vəsait daşınıb.
Bildirilir ki, mühafizəçi olmadığı üçün üç çinli miqrant (biri qız) tibbi məhsullar olan anbarda gecələyiblər. Lakin müəssisəyə qəfil soxulan 10 nəfər onların əl-qolunu bağlayıb və anbarda nə varsa, hamısını aparıblar.
600 qutu tibbi maska və elektron termometrləri (60 milyon rubl – 1 346 000 AZN dəyərində) daşımaq üçün yük maşınları bir neçə dəfə gedib gəlib.
Bundan başqa, cinayətkarlar bir milyon rubldan (22 440 AZN) artıq nağd pul aparıblar.
Əlləri bağlı çinlilərin telefonları götürülüb, qızın qolundan üzəri brilyant daşlarla bəzədilmiş, dəyəri 1,6 milyon rubl (35,905 AZN) olan “Chanel” markalı saatı çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR