“Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun”.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edib: “Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Dövlət qurumlarında aparat rəhbərlərinin təyin olunması məsələsi də əhəmiyyətlidir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır? Bütün nazirliklərdə mətbuat xidmətləri təyin olunur. Mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır. Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, onun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.
Siyavuş Novruzov vurğulayıb ki, Hesablama Palatasının hesabatında çox düzgün olaraq kimisə məsuliyyətə cəlb etməkdən daha çox vəsaitlərin büdcəyə daxil olmasının təmin edilməli olduğu göstərilib
Oxu24.com
ŞƏRHLƏR