Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30124
az

Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər - XƏBƏRDARLIQ

12:3130 Aprel, 2020
3031
  • A

Aprelin 27-dən karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni də qorumur.

İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?

Oxu24.com  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:

"Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejiminə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.

Bu, çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu, insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artdığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.

Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.

Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlarda insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.

Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".

 

Günün  təklif  olunna  videosu:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda güclü ildırım çaxdı, şəhərdə fəsad yarandı
İlham Əliyevin şərəfinə rəsmi nahar verildi
Cənab Əliyevə bildirdim ki, Cənubi Qafqazda... - Sisi

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü