Moskvada yaşayan azərbaycanlı müğənni Rəqsanə İsmayılova ağlayaraq cəmiyyətə müraciət edib.
Oxu24.com xəbər verir ki, müğənni bildirib ki, hazırda Moskvada koronavirusa yoluxan azərbaycanlılar köməksiz vəziyyətdə qalıb.
Müğənni bildirib ki, yoluxma halları çox olduğundan həkimlər kömək edə bilmir.
R.İsmayılova imkanlı şəxslərdən xəstələrin müalicəsinə kömək etmələrini xahiş edib.
O, müraciət edərək ölkə başçısından yardım istəyib.
Qeyd edək ki, Azərbaycanda koronavirusla mübarizədə Dövlətin ciddi nəzarəti var. Vaxtında görülən tədbirlər nəticəsində ölkədə yoluxma və ölüm sayı minimum həddə qeydə alınıb. Koronavirusla mübarizə birbaşa ölkə başçısının nəzarətindədir.
Sözügedən videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR