Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29977
az

Milyonların qurusundan müdrik fikirlər: "Tanrıya qucaq aç və..."

20:0728 Aprel, 2020
433
MANŞET
  • A

Şri Şri Ravi Şankar Hindistanın tanınmış ictimai xadimi, “Həyat İncəsənəti” beynəlxalq təşkilatının yaradıcısı, ən əsası isə milyonların müdrik qurusudur. 2004, 2006-cı illərdə onun Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. 2009-cu ildə isə “Forbes İndia” jurnalı Şri Şankarı Hindistanın 5 dünya şöhrətli simasından biri seçir.

Biznesin doğru təşkili mövzusunda da əvəzsiz fikirləri olan quru, tez-tez Avropa Parlamentinə seminarlara dəvət olunur.

Oxu24.com  Şri Şankarın həyat haqda müdrik fikirlərini təqdim edir:

1. Heç yerə tələsmək lazım deyil. Özünü rahat hiss etdiyin yerdə qal. Narahatlıq hiss etdiyin an olduğun məkanı tərk et, ürəyinin səsi apardığı yerə get. Yadda saxla, axtardığını tapmaq üçün məkanı cismən tərk etməyə gərək yoxdur. Bu çox incə sərhəddir. Açarı tapmaq üçün fiziki deyil, mənəvi məsafə qət etməlisən.

2. İnsanları və hadisələri idarə etməyə çalışma. Plan qurma, gözləmə, arzulama, inadını xəfiflət. Ətalət dolu fasiləyə tab gətirməyi öyrən. İnsanların sənə doğru addım atmasını, hadisələrin baş verməsini gözlə. Əmin ol, onlar səni təsadüfən seçmirlər.

3. Özünə özün, başqasına başqası olmaq azadlığı verməkdən qorxma. Unutma, hər kəsin öz yolu və həyat dərsləri var. Yolunuz kəsişirsə, sevin. Amma yolayrıcında da üzülmə. Demək hər ikiniz üçün xeyirlisi budur.

4. Hər şeyə birdən sahib olmağa cəhd etmə. Hətta heç nə yoxdur deyə zənn etdiyin anda mütləq nə isə var. Çatışmayanları isə dost, doğma, hətta həyatından keçən yad tanış əli sənə verəcək. Mülayim və bol səbrli ol.

5. Hər kəsi, hər şeyi təbəssüm və sevgi ilə qarşıla. Amma heç vaxt əbədiyyətə qədər sağollaşma, çünki hadisələrin bitmə nöqtəsi olmur. “Çox sağ ol, növbəti görüşümüzədək” de.

6. İnsanlara, kosmosa, Tanrıya (istədiyiniz kimi adlandırın) qucaq aç. İnan ki, həyatındakı bütün dəyişikliklər müsbət şəkildə irəliləyir. Ən ümidsiz anın özü belə yeni həyatın toxumudur. İnsan heç vaxt itirəcəyi və tapacağı nöqtəni təxmin edə bilmir.

7. Yeni libas geyinmək üçün köhnəni soyunmalısan. Köhnə çərçivələrin içərisində sıxılaraq yenilik və dəyişikliklərdən xəbər tuta bilməyəcəksən. Şüurunu elastikləşdir. Kürəkləri idarə etməyi öyrənmədən qayığı dəyişmək mənasızdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Xəzərdə fırtına gözlənilir -XƏBƏRDARLIQ

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu