“Dünyada koronavirusun ən böyük mənəvi xeyri, iddia edirəm ki, Azərbaycan xalqına dəyib”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, artıq ay yarımdır ki, insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar.
“Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb.
İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq, epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”.
Oxu24.com
ŞƏRHLƏR